Gürcüstanın baş naziri İrakli Kobaxidze ilk səfərində Brüsselə gedib.
QafqazTürk.com xəbər verir ki, baş nazir səfər çərçivəsində Avropa İttifaqı və NATO-da ikitərəfli görüşlər planlaşdırıb.
Bununla yanaşı, İrakli Kobaxidze Gürcüstan-Avropa İttifaqı Assosiasiya Şurasının 8-ci iclasında iştirak edəcək, ondan sonra Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Cozef Borrell və Avropa Qonşuluq Siyasəti və Genişlənmə üzrə Avropa komissarı Oliver Varhey ilə birgə mətbuat konfransı keçiriləcək.
Hökumət başçısı NATO-nun baş katibi ilə də görüş keçirəcək, NATO-Gürcüstan Komissiyasının iclasında iştirak edəcək.
İrakli Kobaxidzeni Baş nazirin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili; Baş nazirin müavini, müdafiə naziri İrakli Çikovani; Xarici işlər naziri İlia Darçiaşvili və barışıq və vətəndaş bərabərliyi üzrə dövlət naziri Tea Axvlediani müşaiyət edəcək.