This is a specific ad

İraqda Türkiyə hərbçisi şəhid oldu – FOTO

61

Another advertisement

İraqın şimalındakı “Pəncə-Kilid” əməliyyatı bölgəsində terrorçularla silahlı qarşıdurmada Türkiyənin bir hərbçisi şəhid olub, digəri yaralanıb“.

QafqazTürk.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“17 fevral 2024-cü il tarixində “Pəncə-Kilid” əməliyyatı bölgəsində separatçı terror təşkilatının üzvlərinin baza ərazimizə sızmağa cəhd göstərmələri nəticəsində baş vermiş qarşıdurmada müqaviləli sıravi əsgər Salih Ay şəhid olub, qəhrəman silahdaşımızın biri isə yaralanıb. Yaralı hərbçi dərhal xəstəxanaya yerləşdirilib və onun müalicəsinə başlanılıb. İlkin vəziyyətə görə, qarşıdurmada altı terrorçu zərərsizləşdirilib. Bölgədə əməliyyatlar davam edir”, – deyə Türkiyənin Milli Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilib.

P.S Biz, QafqazTürk Media olaraq, şəhidin ailəsinə, yaxınlarına və TÜRK xalqına başsağlığı verir, Allahdan səbr arzulayırıq!

Kateqoriya: Dünya
Sonrakı yazı
Magistratura təhsili onlayn ola bilər
Öncəki yazı
Gürcüstanda DNT-nin vahid məlumat bazası yaradılacaq