Gürcüstan universitetlərində bəzi peşələr onlayn rejimdə tədris oluna bilər.
QafqazTürk.com xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin parlamentin 2024-cü il yaz sessiyası üçün qanun yaradıcılığı fəaliyyətinin qısamüddətli planında qeyd olunub.
Hökumət planına əsasən, Gürcüstanın “Ali təhsil haqqında” qanununa dəyişikliklərin edilməsi nəzərdə tutulur. Qanunvericiliyə dəyişikliklərlə, o cümlədən:
1. Uzaqdan peşəkar proqramların həyata keçirilməsinin mümkünlüyü müəyyən edilir;
2. Elektron təhsil konsepsiyasına düzəlişlər ediləcək və yeni formada formalaşacaq;
3. Bakalavr, magistratura və doktorantura proqramlarında elektron təhsilə qismən icazə veriləcək;
4. Proqram yenidən akkreditasiya olunarsa, magistraturada tam elektron qaydada təhsil almaq mümkün olacaq;
Elektron təhsil komponentindən qismən və ya tam istifadənin mümkün olacağı təhsil sahələrinin siyahısını Təhsil, Elm və Gənclər naziri müəyyən edəcək.