Another advertisement
İyulun 1-dən aztəminatlı ailələrin uşaqlarına aylıq yardım olaraq 200 lari veriləcək.
QafqazTürk.com xəbər verir ki, bu barədə Səhiyyə nazirinin müavini bildirib.
Yardım 230 mindən çox uşağa şamil ediləcək.
“2022-ci ildə aztəminatlı ailələrin uşaqlarına verilən yardım 50 lari artaraq 150 lari təşkil etmişdi. 2023-cü il iyulun 1-dən isə bu uşaqlara aylıq yardım olaraq 200 lari veriləcək. Proqramın büdcəsi 500 milyon laridir.
Bu 230 mindən çox uşağa şamil ediləcək. Sağlamlıq imkanları məhdud uşaqların və ağır əlilliyi olan şəxslərin sosial müavinətləri də artıb.
2023-cü ildən ağır əlillər və sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial paket 65 lari artırılaraq 340 lari müəyyən edilib”, – deyə nazir müavini bildirib.