This is a specific ad

İlham Əliyev 3 gün ərzində and içəcək…

42

Another advertisement

Azərbaycanın Konstitusiya Məhkəməsi fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərinin nəticəsini təsdiqləyib. Konstitusiya Məhkəməsinin qərarı ilə MSK-nın yekun protokoluna əsasən, İlham Əliyev 92,12% səslə prezident seçkilərində qalib gəlib.

QafqazTürk.com xəbər verir ki, prezident 3 gün ərzində and içəcək.

Belə ki, Konstitusiyanın 103-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxs Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları haqqında məlumatın elan olunduğu gündən başlayaraq 3 gün ərzində Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə and içir.

Dövlət başçısı and içən zaman aşağıdakı mətni oxuyur:

“Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm”.

And içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır.

Kateqoriya: Dünya
Sonrakı yazı
ÜST yeni pandemiya ilə əlaqədar xəbərdarlıq edib
Öncəki yazı
Gecə tək gəzməyin təhlükəsiz olduğu ölkələr – Gürcüstan 4-cü yerdədir