This is a specific ad

Tbilisi Azərbaycan və Ermənistan arasında danışıqlar platformasına çevrilə bilər

53

Another advertisement

Regionda sülh və sabitliyin təşviqi üçün mühüm addımlar atan Gürcüstan hakimiyyəti Tbilisinin Azərbaycan və Ermənistan arasında danışıqlar platformasına çevrilməsində maraqlıdır”.

QafqazTürk.com xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri vəzifəsinə namizəd İlia Darçiaşvili parlamentdəki çıxışında bildirib.

Regionda sülhün və sabitliyin təşviqi baxımından Gürcüstan sülhpərvər qonşuluq təşəbbüsünün işə salınması ilə mühüm addım atıb və qonşu ölkələrin ehtiyaclarına uyğun olaraq bu istiqamətdə iştirakını davam etdirməyə hazırdır. Biz istəyirik ki, Tbilisi gələcəkdə qonşularımız üçün tərəflər arasında etimadın qurulmasına kömək edəcək istənilən aktual mövzuları müzakirə edə biləcəkləri bir yerə çevrilsin”, – deyə Darçiaşvili əlavə edib.

O vurğulayıb ki, regiondakı mürəkkəb vəziyyətə baxmayaraq, Gürcüstan balanslaşdırılmış siyasət yürüdür və dəfələrlə Azərbaycanla Ermənistan arasında kommunikasiyanı təşviq edib.
Xarici işlər naziri vəzifəsinə namizəd Gürcüstanın sülh və sabitliyə əsaslanan mehriban qonşuluq siyasətini davam etdirməyə hazır olduğunu bir daha təsdiqləyib.

Kateqoriya: Siyasət
Sonrakı yazı
თბილისი შეიძლება, აზერბაიჯანსა და სომხეთს შორის მოლაპარაკებების პლატფორმა გახდეს
Öncəki yazı
Gürcüstan supermarketlərində ən bahalı məhsullar