This is a specific ad

Marneulinin bu kəndlərində sürüşmə ola bilər

47

Another advertisement

Rustavi və Tbilisi-Qırmızı Körpü avtomobil yollarının bəzi ərazilərində sürüşmə və əyilmə prosesləri gözlənilir.

QafqazTürk.com xəbər verir ki, bu barədə Milli Ekologiya Agentliyinin Geologiya Departamentinin 2023-cü ildə hazırlanmış və 2022-ci il dövrünü təsvir edən bülletenində bəhs edilir.

Sənədə əsasən, Rustavinin Qərb periferiyasında, yeni qəsəbə ərazisində, Tbilisi-Qırmızı Körpü avtomobil yolunun ayrı-ayrı hissələrində, Yağlıca yaxınlığında, Kür çayı dərəsinin sağ yamacında sürüşmə gözlənilir.

Bundan əlavə, Marneuli Bələdiyyəsinin ərazisində də sürüşmə proseslərinin aktivləşməsi gözlənilir. Daha dəqiq desək, Algeti, Xram və Debeda yüksək terraslarının sərhəd zonasında yerləşən Kosalı, Birinci və İkinci Kosalı, Əzizkənd və Algeti ərazilərində də sürüşmə hallarının ola biləcəyi ehtimalı var.

Bununla yanaşı, Qardabani bələdiyyəsinin ərazisində: Norio, Martofe, Teleti Kumisdə, Tbilisi-Koda avtomobil yolunun Şinatex çayı vadisinin şimalında (Kumis kəndi yaxınlığında) sürüşmə və sürüşmə sahələrinin aktivləşməsi gözlənilir. Arxaşeni çayı dərəsinin başlanğıcı və Axalsamqoridə isə daşqın ehtimalı var.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
“რუსთავისა და თბილისი-წითელი ხიდის ცალკეულ უბნებზე მეწყრულ/ღვარცოფული პროცესებია მოსალოდნელი”
Öncəki yazı
Ge • Az მარნეულისა და საგარეჯოს მუნიციპალიტეტები, ახალი „კულტურა, ღვინო და ტექნოლოგიების ქალაქების პლატფორმის“ პირველ საერთაშორისო ფორუმს მასპინძლობენ