This is a specific ad

Azərbaycanın Gürcüstandakı səfirliyində səsvermə prosesi davam etdirilir – FOTO

46

Another advertisement

Bu gün fevralın 7-nə təyin olunmuş növbədənkənar Azərbaycan Respublikası prezidenti seçkisi ilə əlaqədar Azərbaycanın Gürcüstandakı səfirliyində yaradılmış 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə 47 saylı Məntəqə Seçki Komissiyasında səsvermə prosesi davam edir.

QafqazTürk.com xəbər verir ki, səsvermə bu gün, fevralın 7-də səhər saat 8:00-da başlayıb.

Məntəqə Seçki Komissiyasının sədri, səfir Faiq Quliyev bildirib ki, bu seçki Azərbaycan üçün tarixi hadisədir. Müstəqilliyin bərpasından sonra ilk dəfədir ki, Azərbaycanın bütün regionlarında prezident seçkisi keçirilir.

Onun sözlərinə görə, hazırda Gürcüstanda işləyən, təhsil alan, müvəqqəti ezamiyyətdə olan 18 yaşına çatmış və səsvermə hüququna malik Azərbaycan Respublikasının vətəndaşları bu gün səfirlikdə istədikləri namizədə səs verə bilirlər. Bunun üçün səfirlikdə hər cür şərait yaradılıb.

Vətəndaşları fəal səsverməyə dəvət edən səfirin özü ilk növbədə səs verib.

Diplomat səfirlik əməkdaşlarına və səs vermək üçün səfirliyə gələn insanlara uğurlar arzulayıb.

Qeyd edək ki, səsvermə Tbilisi vaxtı ilə saat 19:00-da başa çatacaq.

Növbədənkənar Azərbaycan prezidentliyi seçkiləri ilə əlaqədar dünyanın 37 ölkəsində 49 seçki məntəqəsi yaradılıb. Onlardan ikisi Gürcüstan ərazisindədir.

16 saylı Yasamal ikinci seçki dairəsi üzrə 47 saylı Məntəqə Seçki Komissiyası (MnSK) Azərbaycan Respublikasının Tbilisidəki səfirliyində, 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə 41 saylı Məntəqə Seçki Komissiyası isə Batumidə yaradılıb.

Kateqoriya: Gündəm
Sonrakı yazı
Gürcüstanda qar uçqunu səbəbindən qatar reysləri ləğv olub
Öncəki yazı
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür