Another advertisement
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, son bir gündə ukraynalılar düşmənin 50-yə yaxın hücumunu dəf edib.
“Ötən sutka ərzində müdafiəçilərimiz Liman, Baxmut, Avdeevka və Marinka istiqamətlərində düşmənin 48 hücumunu dəf edib”, – Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib.
Baş Qərargahın məlumatına görə, Rusiya qüvvələri 36 hava hücumu həyata keçirib. Eyni zamanda, Ukraynanın hər yerində düşmənin hava və raket hücumu təhlükəsi hələ də qalmaqdadır.
Qeyd edək ki, müharibə başlayandan bəri Rusiya Ukraynada 190 040 əsgərini itirib.