This is a specific ad

Əsrin fəlakətindən 1 il ötür

43

Another advertisement

Bu gün, fevralın 6-da qardaş Türkiyədə baş vermis dağıdıcı zəlzələdən bir il ötür.

Biz, “QafqazTürk Media” olaraq “Əsrin fəlakəti” adlandırılan həmin faciədə həlak olanları ehtiram və dərin hüznlə yad edirik.

Həlak olanlarla əlaqədar “53 min 537 can getdi” demirik, “53 min 537 canımız getdi!” deyirik.

Zəlzələnin ilk günlərindən qardaş Türkiyə xalqı ilə çiyin-çiyinə və ürək-ürəyə olduq. Humanitar yardım fəaliyyətimizdə bütün gücünü zəlzələ bölgəsinə safərbər edən qardaş Türkiyənin zamana qarşı təkbaşına iştirakı kifayət edə bilməzdi mahiyyətindən və qardaşlıq ruhumuzdan doğurdu.
Maddi-mənəvi həmrəyliyimiz və səfərbəyliyimiz, qardaş hüznümüz-kədərimiz bu gün də, sabah da qardaş Türkiyə ilədir!

Şair demiş:
Altı şubat pazartesi tan vakti
Deprem vuku buldu vatan ağladı.
Bu olay büyük bir kıyamet sanki
Toprağın altında yatan ağladı.

Həlak olanlara bir daha uca Allahın rəhmətini diləyirik!
Bir daha başın sağ olsun, TÜRKİYƏ!

Kateqoriya: Dünya
Sonrakı yazı
Türkiyədə polisləri daşıyan avtobus qəzaya düşdü – Xeyli yaralı var
Öncəki yazı
Bu gün prezident Salome Zurabişvilinin Parlamentdə hesabatı olacaq