This is a specific ad

Bu gün Barış Mançonun anım günüdür

39

Another advertisement

Bu gün Türkiyənin rok, pop və müasir türk musiqi sənətinin görkəmli nümayəndəsi Barış Mançonun anım günüdür.

QafqazTürk.com xəbər verir ki, Barış Manço 25 il əvvəl fevralın 1-də infarkt keçirib və dünyasını dəyişib.

Həyatı
Barış Manço 1943-cü il yanvarın 2-də Üsküdar əyalətində Konyalı Karamanco tayfasına məxsus ailədə anadan olub. Barışın üç yaşı olanda valideynləri ayrılır. Barış atasının himayəsində qalsa da, gözəl türkülər oxuyan musiqi müəlliməsi – anası ilə tez-tez görüşür. Ananın musiqi sənətinə sonsuz məhəbbəti oğlunun canına hopur. Barış Qalatasaray Liseyində oxuduğu müddətdən musiqi ilə maraqlanmağa başlayır. Bu maraq onu Belçika Kral Akademiyasına aparır. O, burada rəsm, qrafika, memarlıq sənətini öyrənərək, maddi təminatını ödəmək üçün kafedə qarson, avtoparkda qarovulçu işləyir.

Barış Belçikada Andre Soulac adlı bir şairlə tanış olur və ondan fransız dilini mükəmməl öyrənməyə çalışır. Sonra dostlar yaradıcılıqlarını birləşdirmək qərarına gəlirlər. Andre Barışın musiqisinə şeirlər yazır. Barış kiçik konsertlər verərək fransızca oxumağa başlayır. Bir gün Barışı fransız radiosu pop musiqi məzmunlu bir proqramına dəvət edir. O, öz mahnılarını radio vasitəsilə yayımlayır. Lakin Fransanın məşhur bir sənətçisi aksentlə oxuduğuna görə Barışın mahnılarının səsləndirilməsinə qadağa qoyur.

Avropadakı musiqi karyerasının bitdiyini düşünən Barış, yenidən İstanbula qayıdır. Uzun saçlı, qalın bığlı, dərviş çuxalı, çarxlı, qolbaqlı dərviş Barış Manço türk musiqisini rok və cazla qarışdıraraq, tamamilə yeni musiqi altında, sevimli bir səslə oxuyurdu. Onun epik mahnılarının hər birində bir əfsanə, bir insan taleyi, bir dərviş əhvalatı yatırdı. Lakin mühafizəkar Türkiyə cəmiyyəti onun qeyri-adi imicini, uzun saçlarını qəbul eləyə bilmirdi. Hətta buna görə, Barışın həyatı dəfələrlə təhlükə altında qalıb.

Barışın həyatında üç qadın olub. İlk yaşadığı xanımla Belçikada təsadüfən tanış olurlar. Bir neçə ildən sonra Barış, Türkiyə gözəllik yarışmasının kraliçası seçilmiş Azra Balkanla evlənir. Təxminən bir ildən sonra bu münasibətə də son qoyulur. Üçüncü dəfə Lale Çağlar ilə baş-başa verib yaşayan Barış, ömrünün sonuna qədər ondan ayrılmır. Bu evlilikdən onların Batuhan və Doğuhan adlı iki oğlu dünyaya gəlir. Sənətçinin qızı olsa da, təəssüf ki, cəmi bir neçə ay yaşayıb. Barış onun adını Gülpəmbə qoyubmuş. Dərvişin “Gülpəmbə” mahnısındakı yanğı da bundan imiş!

Barış Manço 1991-ci ildə xalq sənətçisi adına layiq görülüb. Ölümündən sonra sənətkarın 18 il ailəsilə birgə Moda küçəsində yaşadığı ev muzeyə çevrilib.

Sonrakı yazı
დღეს ბარიშ მანჩოს ხსოვნის დღეა
Öncəki yazı
შემოთავაზება მივიღე, რომ განვიხილო ნატო-ში ელჩობის თანამდებობა, რისთვისაც ახალ პრემიერს მადლობას ვუხდი – ჯუანშერ ბურჭულაძე