Another advertisement
Bu gün 1 fevral saat 14:00-da “Paraqraf Tbilisi” otelində “Gürcü Arzusu”nun VIII Konqresi keçiriləcək.
QafqazTürk.com xəbər verir ki, qurultayda partiyada struktur dəyişikliklərinin müzakirə edilərək təsdiq ediləcəyi və Gürcüstanın baş naziri vəzifəsinə namizədin adının rəsmi olaraq elan ediləcəyi gözlənilir.
“Gürcü Arzusu”nun icraçı katibi Mamuka Mdinaradze bir neçə gün əvvəl təsdiqləmişdi ki, partiyanın hazırkı sədri İrakli Kobaxidze baş nazir postuna namizəd hesab olunur və onu partiyanın fəxri sədri təsdiq üçün təqdim edəcək.
“Gürcü Arzusu”nun sədri vəzifəsinə gəldikdə isə, İrakli Qaribaşvili baş nazir postunu tərk etdikdən sonra o, “Gürcü Arzusu”nun sədri vəzifəsini tutmaq üçün Siyasi Şuradan təklif aldığını bildirmişdi.