Elimizə, Borçalımıza, Gürcüstan və Azərbaycan ədəbi camiələrinə ağır itki üz vermişdir.
Türk dünyasının böyük şairi Nizami Paşa Saraclı dünyasını dəyişmişdir.
Nizami Paşa oğlu Əliyev 1950-ci il iyunun 10-da Bolnisinin Saraclı kəndində doğulmuşdur. 4-övlad atasıdır, 30-yaxın kitab müəllifidir. Əsərlərinin böyük əksəryyəti “Borçalı” nəşriyyatında işıq üzü görmüşdür.
Qardaş Türkiyədə keçirilən nüfuzlu “Beynəlxalq Peyğəmbər” mükafatı alıb, Avrasiya Beynəlxalq Mətbuat Fondunun təsis etdiyi “Avrasiya” mükafatına layiq görülüb. 2002-ci ildə ona Gürcüstanın ali mükafatı olan “Şərəf” ordeni təqdim edilib. N.Saraclı Beynəlxalq “Abay” mukafatına sahib olub. Türkiyə Cümhuriyyətinin TRT1 televiza kanalının yayımladığı “Diriliş Ertuğrul” serialında sözlərinə bəstələnmiş “Tanrı türkə yar olsun” nəğməsi izləmə sayına görə “Youtube”da rekord müəyyən edərək milyonu ötmüşdür.
Biz, “QafqazTürk Media” olaraq mərhumun ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı veririk.
Elimizin başı sağ olsun.
Məlumat üçün bildirək ki, şair2 fevral saat 12:00-da doğma kəndi Saraclıda torpağa tapşırılacaq.
Allah rəhmət eləsin! Məkanı cənnət olsun.