This is a specific ad

NATO Bakı və İrəvan arasında normallaşmanı DƏSTƏKLƏYİR

55

Another advertisement

NATO Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyir və təkid edir ki, tərəflərin bu istiqamətdə indiyədək razılaşdırdıqları prinsiplər bu mərhələdə dəyişməməlidir“.

QafqazTürk.com xəbər verir ki, bu barədə NATO-nun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina jurnalistlərə müsahibəsində bildirib.

Kolomina qeyd edib ki, onlar üçün Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesinin təməlində dayanan ölkələrin ərazi bütövlüyü və suverenliyi prinsipinə riayət etmək çox vacibdir.

NATO-nun Cənubi Qafqazdakı nümayəndəsi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində Türkiyənin rolu, Ermənistan-NATO əməkdaşlığının perspektivləri və digər mövzulara da toxunub.

Kateqoriya: Dünya
Sonrakı yazı
Şair Nizami Paşa Saraclı vəfat edib
Öncəki yazı
საქართველოს ეროვნული ბანკი მონეტარული პოლიტიკის განაკვეთს 9 %-მდე ამცირებს