Another advertisement
Ötən il Gürcüstan iqtisadiyyatı 7% artıb.
QafqazTürk.com xəbər verir ki, bu barədə Milli Statistika Xidməti məlumat yayıb.
Məlumata əsasən, 2023-cü ilin dekabr ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ümumdaxili məhsulun (ÜDM) artımı 8,3%, 2023-cü ilin orta real artımı isə 7% olub.
2023-cü ilin dekabr ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə artıma aşağıdakı sektorlar əhəmiyyətli töhfə verib:
1. Tikinti,
2. Emal sənayesi,
3. Maliyyə və sığorta fəaliyyəti,
4. İnformasiya və rabitə.
Enerji və daşınmaz əmlak sektorlarında isə azalma tendensiyası müşahidə olunub.