This is a specific ad

Azərbaycanın Türkiyədəki səfirliyi prezident seçkisinə hazırdır

45

Another advertisement

Fevralın 7-də keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkisinə hazırlıq prosesi Azərbaycanın Türkiyədəki səfirliyi, İstanbul və Qars şəhərlərindəki baş konsulluqları tərəfindən fəal şəkildə davam etdirilir.

QafqazTürk.com xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, bu məqsədlə səfirlikdə 46 və 47, İstanbuldakı baş konsulluqda 53 və 54, Qarsdakı baş konsulluqda isə 55 saylı seçki məntəqəsi yaradılıb.

Türkiyədə daimi və ya müvəqqəti yaşayan, uzunmüddətli ezamiyyətdə, seçki günü bu ölkədə olacaq 18 yaşını tamamlamış, aktiv seçki hüququna malik Azərbaycan vətəndaşları yerli vaxtla saat 8:00-19:00-da Azərbaycanın ümumvətəndaş pasportu və ya şəxsiyyət vəsiqəsi ilə yuxarıda qeyd edilən seçki məntəqələrinə gedərək səsvermə hüququnu həyata keçirə bilərlər.

Seçki məntəqələrinin ünvanları:
Azərbaycanın Türkiyədəki səfirliyi: Diplomatik site, Bakü sokak No:1, Oran/Ankara;

İstanbul şəhərindəki baş konsulluğu: Zeytinoğlu Caddesi No 65, Akatlar, Beşiktaş / İstanbul;

Qars şəhərindəki baş konsulluğu: Yusif Paşa məhəlləsi Heydər Əliyev prospekti N: 9, Kars / Mərkəz;

Seçkilərdə iştirakla əlaqədar suallar üçün Türkiyədəki Azərbaycan vətəndaşları +90 535 577 61 68 nömrəli qaynar xətt vasitəsilə səfirliklə əlaqə saxlaya bilərlər.

Kateqoriya: Dünya
Sonrakı yazı
საქართველოში აზერბაიჯანის საელჩოში საუბნო საარჩევნო კომისია შეიქმნა
Öncəki yazı
Azərbaycanın Gürcüstandakı səfirliyində Məntəqə Seçki Komissiyası yaradılıb