“Türkiyə Boğazların Statusuna dair Montrö Konvensiyasının müddəalarına tam əməl etməyə davam etmək niyyətindədir“.
QafqazTürk.com xəbər verir ki, bunu respublikanın xarici işlər naziri Hakan Fidan Bolqarıstanın xarici işlər naziri Mariya Qabriel ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.
“Biz Montrö Konvensiyasını tam şəkildə yerinə yetirməyə davam edəcəyik. Bu məsələni müzakirə etmək bir yana, düşünməkdən belə söhbət gedə bilməz”, – deyə Fidan bildirib.
Onun sözlərinə görə, Türkiyə Ukraynadakı münaqişənin Qara dənizdə eskalasiyaya səbəb olmamasına böyük əhəmiyyət verir.
“Qara dənizin təhlükəsizliyi bizim üçün çox vacibdir. Biz Ukraynadakı müharibənin Qara dənizdə eskalasiyaya səbəb olmamasına böyük əhəmiyyət veririk”, – deyə o vurğulayıb.
Qeyd edək ki, Montrö Konvensiyası 1936-cı ildə qəbul edilib. Montrö Konvensiyası həm sülh, həm də müharibə dövründə bütün ölkələrin ticarət gəmilərinin boğazlardan keçmə azadlığını qoruyur, Qara dəniz və qeyri Qara dəniz dövlətlərinin donanmalarına hərbi gəmilərin keçidi üçün müxtəlif rejimlər müəyyən edir.