Türkiyədə 2023-cü ildə həyata keçirilən əməliyyatlar zamanı 8-i qırmızı kateqoriyada axtarışda olan 923 terrorçu zərərsizləşdirilib.
QafqazTürk.com xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkə hesabında paylaşım edib.
“2023-cü ildə Jandarma Komandanlığımız, Təhlükəsizlik Baş İdarəsi və Sahil Mühafizə Komandanlığı bölmələrimiz tərəfindən başda BTÖ, FETÖ, İŞİD və s. olmaqla bütün terror təşkilatlarına qarşı əməliyyatlar təşkil edilib və bu əməliyyatlar davam edir.
1 yanvar 2023-cü ildən 31 dekabr 2023-cü ilə qədər keçirilən əməliyyatlarda 923 terrorçu zərərsizləşdirilib, 7 min 716 şübhəli saxlanılıb, 1555 nəfər həbs edilib, 1683 nəfər barəsində məhkəmə nəzarəti qərarı verilib”, – deyə Ali Yerlikaya qeyd edib.
Aziz Milletimizin bilmesini isterim ki:
Biz Türkiye’nin Huzuru diyoruz.
Ülkemizin huzurunu bozmaya çalışanlara,
Teröristlere ve onların iş birlikçilerine,
Ulusal olsun uluslararası olsun suç odaklarına,
Birlik ve beraberliğimize kast edenlere
asla ama asla göz açtırmayacağız!… pic.twitter.com/lB9t99RlcW— Ali Yerlikaya (@AliYerlikaya) January 30, 2024