This is a specific ad

Rusiyanın İstanbuldakı baş konsulluğu Türkiyə DİN-ə müraciət edib

45

Another advertisement

Rusiyanın İstanbuldakı Baş Konsulluğu Türkiyənin Daxili İşlər Nazirliyindən katolik kilsəsinə hücumla əlaqədar saxlanılan rusiyalı haqqında məlumat istəyib.

QafqazTürk.com xəbər verir ki, bu barədə diplomatik nümayəndəlikdən TASS-a bildirilib.

Biz Daxili İşlər Nazirliyinə müraciət etdik. Cavab gözləyirik… Onun şəxsiyyəti ilə bağlı məlumatlar dəqiqləşdirilir, konsulluq əməkdaşının onunla əlaqə saxlaması xahiş olunur”, – Baş Konsulluğun nümayəndəsi agentliyə bildirib.

Kilsəyə hücum dünən baş verib. KİV-in məlumatına görə, səhər saatlarında maskalı iki nəfər kilsəyə yaxınlaşaraq atəş açıb, nəticədə bir nəfər ölüb.

Türkiyə hüquq-mühafizə orqanları kilsəyə hücumda əli olmaqda şübhəli bilinən 47 nəfəri saxlayıb. Hücumun özündə Rusiya və Tacikistan vətəndaşları şübhəli bilinir. Onların İŞİD terror təşkilatı üzvləri olduğu bildirilir.

Kateqoriya: Dünya
Sonrakı yazı
Telavidə yaşayış evində yanğın baş verib
Öncəki yazı
ირაკლი ღარიბაშვილი გადადგა