This is a specific ad

Hulusi Akar: “Zəngəzur dəhlizi tez bir zamanda açılacaq”

48

Another advertisement

Zəngəzur dəhlizi təkcə Türkiyə üçün deyil, bütün bölgə üçün çox önəmlidir“.

QafqazTürk.com xəbər verir ki, bunu “Baku TV”yə açıqlamasında Türkiyə Böyük Millət Məclisinin deputatı, parlamentin Milli müdafiə komissiyasının sədri, Türkiyənin sabiq milli müdafiə naziri Hulusi Akar deyib.

O, Zəngəzur dəhlizinin tez bir zamanda açılacağına inandığını vurğulayıb:

Bir sözlə, Azərbaycan, Ermənistan, Türkiyə, İran və həmçinin Rusiya üçün də önəmlidir. Çünki bu dəhlizdən bütün ölkələr istifadə edəcəklər. Bu dəhlizdən istifadə sosial-iqtisadi, turizm baxımından ciddi inkişafa gətirib çıxaracaq. Eyni zamanda kommunikasiya, gediş-gəlişin təmin edilməsi baxımından faydalı olacaq. Bu baxımdan Türkiyə olaraq tərəflərin razılaşması ilə işlərin tamamlanmasını gözləyirik və bunun gerçəkləşəcəyinə inanırıq“.

Kateqoriya: Dünya
Sonrakı yazı
İrakli Qaribaşvilinin brifinq keçirməsi planlaşdırılıb
Öncəki yazı
Hulusi Akar Azərbaycandadır – FOTO