This is a specific ad

26-27 yanvar tarixlərində gözlənilən hava şəraiti – PROQNOZ

23

Another advertisement

Yanvarın 26-da Gürcüstanda nisbətən soyuq, əsasən yağmursuz hava şəraiti gözlənilir. Şaxta gecə saatlarında daha da güclənəcək. Yanvarın 27-dən hava yenidən yağıntılı olacaq.

QafqazTürk.com xəbər verir ki, bu barədə Milli Ekologiya Agentliyi məlumat yayıb.

Məlumata əsasən, yanvarın 26-da Tbilisidə hava şəraitinin yağmursuz keçəcəyi, yanvarın 27-də qar yağacağı ehtimalı var. Hava temperaturu gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-6 dərəcə isti təşkil edəcək.

Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): yanvarın 26-da hava şəraitinin yağmursuz keçəcəyi, yanvarın 27-də isə yağış yağacağı gözlənilir. Hava temperaturu gündüz +6, +11 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın düzənlik rayonlarında (Kutaisi, Zestafoni, Zuqdidi, Martvili, Ozurqeti): yanvarın 26-da hava şəraitinin yağmursuz keçəcəyi, yanvarın 27-də isə yağış yağacağı gözlənilir. Hava temperaturu gündüz +5, +10 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Çaqeri, Şovi, Çiatura, Saçxere, Xulo): yanvarın 26-da hava şəraitinin yağmursuz keçəcəyi, yanvarın 27-də isə qar yağacağı gözlənilir. Hava temperaturu gündüz -2, +2 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): yanvarın 26-da hava şəraitinin yağmursuz keçəcəyi, yanvarın 27-də isə qar yağacağı gözlənilir. Hava temperaturu gündüz 4-6 dərəcə isti təşkil edəcək.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Çxinvali): yanvarın 26-da hava şəraitinin yağmursuz keçəcəyi, yanvarın 27-də yağıntılı olacağı gözlənilir. Hava temperaturu gündüz 4-6 dərəcə isti təşkil edəcək.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaxi, Laqodexi, Kvareli, Axmeta, Dedoplisçğaro): yanvarın 26-da hava şəraitinin yağmursuz keçəcəyi, yanvarın 27-də yağıntılı olacağı gözlənilir. Hava temperaturu gündüz 4-6 dərəcə isti təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalçixe, Borjomi, Duşeti, Tianeti, Pasanauri, Dedopliscğaro) yanvarın 26-da hava şəraitinin yağmursuz keçəcəyi, yanvarın 27-də qar yağacağı gözlənilir. Hava temperaturu gündüz 1-3 dərəcə isti təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Zalqa, Bakuriani, Qudauri, Omalo): yanvarın 26-da hava şəraitinin yağmursuz keçəcəyi, yanvarın 27-də isə qar yağacağı gözlənilir. Hava temperaturu gündüz 4-6 dərəcə isti təşkil edəcək.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
„მამამ იპოვა გარდაცვლილი…“ – თელავში ახალგაზრდა კაცი დაიღუპა
Öncəki yazı
Ge • Az მარნეულის მუნიციპალიტეტის მერის პირველმა მოადგილემ როინ დეკანოიძემ, ბოლნისის მუზეუმში ევროკავშირის მიერ დაფინანსებული პროექტის შემაჯამებელ ფორუმზე “ბოლნისის მოდელი – წარმატებული მაგალითი ადგილობრივი ეკონომიკური განვითარებისათვის” მიიღო მონაწილეობა