Another advertisement
Türkiyə parlamenti aylarla davam edən müzakirələrdən sonra İsveçin NATO-ya daxil olmasını təsdiqləyib.
QafqazTürk.com xəbər verir ki, İsveçin NATO-ya qəbulu ilə bağlı Protokolun təsdiq edilməsi haqqında qanun layihəsi Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında qəbul edilib.
Səsvermədə 346 deputat iştirak edib. Onların 287-si lehinə, 55-i isə əleyhinə səs verib.
İndi İsveçin NATO yolundakı yeganə maneə Macarıstandır. Budapeştin də yaxın günlərdə analoji qərarı qəbul edəcəyi gözlənilir.