Another advertisement
2023- cü ilin mart ayında Gürcüstanda ümumi daxili məhsul 7,3 faiz artıb.
Milli Statistika Xidmətinin ilkin hesablamalarına görə, 2023-cü ilin mart ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ümumi daxili məhsulun artımı 7,3 faiz artıb. Birinci rübün orta real artımı isə 7,2 faiz müəyyən edilib.
Sakstat-ın məlumatına görə, 2023-cü ilin mart ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tikinti, maliyyə və sığorta fəaliyyəti, nəqliyyat və anbar təsərrüfatı, ticarət kimi sektorlar artıma əhəmiyyətli töhfə verib. Azalma tendensiyası isə emal sənayesi, enerji və daşınmaz əmlak sektorlarında müşahidə olunub.