Bu gündən etibarən hava şəraiti yaxşılaşacaq.
QafqazTürk.com xəbər verir ki, bu barədə Ekologiyanın Mühafizəsi Milli Agentliyi məlumat yayıb.
Məlumata görə, yanvarın 15-16 və 18-də Gürcüstanda hava şəraitinin yağmursuz keçəcəyi, gecə şaxtanın azalacağı və gündüz temperaturun yüksələcəyi gözlənilir.
Yanvarın 17-də bəzi yerlərdə yağış yağacağı gözlənilir.
“Paytaxt Tbilisidə yağmursuz hava şəraiti olacaq. Hava temperaturu gün ərzində +9, +11 dərəcəyədək yüksələcək.
Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): 15-16 və 18 yanvarda hava yağmursuz keçəcək, yanvarın 17-də isə yağış yağacaq. Hava temperaturu gündüz +10, +15 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın aran rayonlarında (Kutaisi, Zestafoni, Zuqdidi, Martvili, Ozurqeti): 15-16 və 18 yanvarda hava yağmursuz keçəcək, yanvarın 17-də yağış yağacaq. Hava temperaturu gündüz +11, +16 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Çageri, Şovi, Çiatura, Saçxere, Xulo): yanvarın 15-16-da və 18-də hava şəraitinin yağmursuz keçəcəyi, yanvarın 17-də yağış yağacağı gözlənilir. Hava temperaturu gündüz +5, +10 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): yanvarın 15-16-da və 18-də hava yağmursuz keçəcək, yanvarın 17-də isə qar yağacaq. Hava temperaturu gündüz 0, +5 dərəcə isti təşkil edəcək.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Çxinvali): yanvarın 15-16-da və 18-də hava şəraitinin yağmursuz keçəcəyi, yanvarın 17-də bəzi yerlərdə yağış yağacağı gözlənilir. Hava temperaturu gündüz +6, +11 dərəcə təşkil edəcək.
Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Kvareli, Axmeta, Dedopliscğaro): hava yağmursuz keçəcək. Havan temperaturu gündüz +6, +11 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalçixe, Borjomi, Duşeti, Tianeti, Pasanauri, Dedopliscğaro): yanvarın 15-16 və 18-də hava şəraitinin yağmursuz keçəcəyi, yanvarın 17-də bəzi yerlərdə qar yağacağı gözlənilir. Hava temperaturu gündüz +3, +8 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Calqa, Bakuriani, Qudauri, Omalo): yanvarın 15-16-da və 18-də hava şəraitinin yağmursuz keçəcəyi, yanvarın 17-də bəzi yerlərdə qar yağacağı gözlənilir. Hava temperaturu gündüz 0, +5 dərəcə təşkil edəcək”, – deyə məlumatda bildirilib.