This is a specific ad

Bu giləmeyvə xərçəng, insult və infarktdan qoruyur, təzyiqi salır

41

Another advertisement

Quşüzümü ən faydalı yabanı giləmeyvə sayılır. Xalq təbabətində quşüzümü çox geniş istifadə olunur.

QafqazTürk.com saglamolun.az-a istinadən xəbər verir ki, bu kiçik qırmızı giləmeyvə müxtəlif faydalı maddələrlə olduqca zəngindir.

Onun tərkibində C, K, B qrupu vitaminlər, orqanik turşular, xərçəngdən qoruyan flavonoidlər, katexinlər və antosianlar, efir yağları, pektin, büzücü və s. faydalı maddələr var.

Quşüzümü əsl təbii dərman və vitamin kompleksidir.

Onun faydalı xüsusiyyətləri:

– Güclü antioksidant xüsusiyyətlərlə zəngindir, qocalma prosesləri ləngidir

– Sinir sistemini sakitləşdirir, gərginliyi, stresi azaldır, yuxunu yaxşılaşdırır, baş ağrılarını müalicə edir

– Qanda xolesterinin səviyyəsini aşağı salır

– Orqanizmi şlaklardan və toksinlərdən təmizləyir

– Soyuqdəymə xəstəlikləri zamanı yaxşı müalicəvi təsir edir

– Avitaminozun qarşısını alır

– Ürək xəstəlikləri, hipertoniya zamanı faydalıdır, ürəklə bağlı olan ödemləri azaldır, ürək əzələsini möhkəmləndirir

– Yaxşı sidikqovucu təsirə malikdir, böyrəkləri və sidik kisəsini duzlardan və mikroblardan təmizləyir, sistiti müalicə edir

– Damarların dərmanıdır – damarları təmizləyir, möhkəmləndirir, onların elastikliyini artırır, aterosklerozun, insultun və infarktın profilaktikasıdır

– Qanda şəkərin səviyyəsini aşağı salır

– Onkoloji xəstəliklərin inkişafının qarşısını alır

– Orqanizmi tonuslaşdırır.

Nəzərə almaq lazımdır ki, bəzi mədə-bağırsaq sistemi xəstəlikləri (xora xəstəliyi, mədənin turşuluğunun artması ilə müşayiət olunan qastrit), hipotoniya (aşağı təzyiq) zamanı quşüzümü yemək olmaz.

Quşüzümündən müalicəvi içki resepti:

1 ovuc təzə quşüzümü blenderdə əzilir, üzərinə 1 stəkan isti su əlavə olunur. Dəmləməni qida qəbulundan əvvəl 1/3 stəkan olmaqla qəbul edin (qəbul etdikdən əvvəl qarışdırın). Belə dəmləmə hipertoniya, şəkərli diabet, baş ağrıları, istənilən iltihablar zamanı çox faydalıdır, damarları təmizləyir, orqanizmi möhkəmləndirir, xərçəngin profilaktikasıdır.

Kateqoriya: Sağlamlıq
Sonrakı yazı
Türkiyə daha 10 PKK terrorçusunu məhv etdi
Öncəki yazı
Ötən il xarici ticarət dövriyyəsi 21,529 milyard ABŞ dolları təşkil edib