Another advertisement
Gürcüstanda qiymətlərin artmamasına baxmayaraq, bazarlarda həm təzə, həm də işlənmiş qış təkərlərinin qıtlığı var.
QafqazTürk.com xəbər verir ki, yanvarın 1-dən bütün Gürcüstanda avtomobilin qış təkərləri ilə təchiz edilməsi öhdəliyini nəzərdə tutan qanun qüvvəyə minib.
Dəyişikliyə əsasən, dekabrın 1-dən martın 1-dək olan müddətdə avtomobillərin yolun müəyyən hissəsində qış təkərləri ilə idarə olunması məcburi olub.