This is a specific ad

Türkiyədən Azərbaycana 250 milyonluq jest – Ərdoğan imzaladı

44

Another advertisement

25 dekabr 2023-cü il tarixində Ankarada imzalanmış “Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında Qrant Sazişi” qüvvəyə minib.

QafqazTürk.com Türkiyə mediasına istinadən xəbər verir ki, bununla əlaqədar məlumat “Resmi Gazete”də dərc olunub.

Saziş Türkiyə Xəzinədarlıq və Maliyyə Nazirliyi və Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında imzalanıb.

Müqaviləyə əsasən, Türkiyə “Türkiyə-Azərbaycan Beynəlxalq Meşə Tədris Mərkəzi və Fidanlıq Təsərrüfatı” layihəsi çərçivəsində Azərbaycana 250 milyon TL-yə (22 milyon 303 min 95 lari) qədər qrant verəcək.

Layihənin dəyəri 250 milyon TL-dən az olarsa Azərbaycan qalan qalığı tələb etməyəcək.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Batumidə təcili yardım maşını aşıb
Öncəki yazı
Türkiyə ordusu şəhid verdi