Another advertisement
İraqın şimalında “Pəncə-Kilit” əməliyyatı zamanı Türkiyə Silahlı Qüvvələrinin bir hərbçisi şəhid olub.
QafqazTürk.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yanvarın 11-də “Pəncə-Kilid” əməliyyatı bölgəsində separatçı terror təşkilatının keçirdiyi sızma cəhdi nəticəsində çavuş Səməd Aslan şəhid olub:
“Bir qəhrəman silahdaşımız isə yaralanıb. O, dərhal xəstəxanaya çatdırılıb”, – deyə məlumatda bildirilib.
Hazırda 2022-ci ilin aprelindən başlayan əməliyyatlar davam etdirilir.