Another advertisement
Gürcüstanın birinci prezidenti Zviad Qamsaxurdiyanın oğlu Konstantin Qamsaxurdiya ölkə parlamentinin Milli Kitabxanasının direktoru olacaq.
QafqazTürk.com xəbər verir ki, o, bu vəzifədə 11 il işləmiş Qiorqi Kekelidzeni əvəz edəcək.
“Bir çox amillərə görə kadr dəyişiklikləri aparılır. Bu qərar kitabxananın gələcək inkişafı üçün verilib, yeniliklərin vaxtı çatıb. Milli Kitabxana ümumi mədəni irsimizə, gələcək nəslin tərbiyəsinə xidmət edən böyük bir kollektivdir və bu inkişafda Georgi Kekelidzenin böyük rolu olub. Qamsaxurdiya bu vəzifənin öhdəsindən gələcək, ona uğurlar arzulayıram”, – deyə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bildirib.
Qeyd edək ki, Z.Qamsaxurdiya 1990-cı illərin əvvəlində Gürcüstana başçılıq edib.