Another advertisement
Axalçixedə yol-nəqliyyat hadisəsi baş verib.
QafqazTürk.com xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb.
Hadisə şahidlərinin verdiyi məlumata görə, minik avtomobili ilə qoşqulu nəqliyyat vasitəsi toqquşub. Nəticədə avtomobilin sürücüsü, 32 yaşlı qadın hadisə yerində ölüb. Məthumun meyiti tibbi-ekspertizaya aparılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla əlaqədar Cinayət Məcəlləsinin 276-cı maddəsinin 6-cı hissəsi ilə istintaq başladılıb.