Another advertisement
ABŞ-ın Ukraynaya hərbi yardımı dayanıb.
QafqazTürk.com xəbər verir ki, bu barədə Ağ Evin milli təhlükəsizlik üzrə koordinatoru Con Kirbi məlumat verib.
“Ukraynaya göstərdiyimiz yardım hazırda dayandırılıb”, – deyə Kirbi bildirib.
Qeyd edək ki, ABŞ Konqresində Ukraynaya yardımı da nəzərdə tutan sənəd hələlik qəbul olunmayıb. Sənəddəki ABŞ-ın ölkə daxili siyasətinə dair məsələlərlə bağlı fikir ayrılıqları var.