Dünya bazarlarında neftin qiyməti ucuzlaşır.
QafqazTürk.com xəbər verir ki, son məlumatlara görə, birjalarda Brent markalı yanacağın 1 barrelin qiyməti 77,71 dollar, Amerikanın WTI markalı xam neftinin 1 barrelinin qiyməti isə 72,74 dollar təşkil edir. Qeyd edək ki, həm Brent, həm də WTI markalı yanacağın qiymətləri ötən ilin sonunda ucuzlaşmağa başlayıb.
Gürcüstanın müxtəlif yanacaqdoldurma məntəqələrində tapa biləcəyiniz qiymətlər haqqında məlumatları təqdim edirik:
“Sokar” yanacaqdoldurma məntəqələrində 1 litr “Premium”un qiyməti 3,34 lari; “Reqular” – 3,17; “Super” – 3,78; “Avro-dizel” 3,49 laridir. Dizelə gəlincə, onun qiyməti 3,43 laridir.
“Visol” yanacaqdoldurma məntəqələrində “Dizelenerji”nin qiyməti 3,40 lari; “Eko Dizel” yanacağının qiyməti 3,50 laridir. “Ecopremium” 3,32, “Euro Regular” 3,19 laridir; “Eko Super”in qiyməti isə 3,75 lari təşkil edir.
“Qulf” stansiyalarında 1 litr “G-Force Premium”un qiyməti 3,32 lari; “G-Force Euro Regular” – qiyməti 3,24 lari; 1 litr “Reqular”ın qiyməti – 3,14; “Super”in qiyməti isə 3,74 laridir. “Eurodiesel” 3,50, “G-Force Eurodiesel” 3,40 laridir.
“Lukoil” yanacaqdoldurma məntəqələrində “Premium Avangard” 3,25 lari, “Euro Regular” 3,08 lari; “Euro Diesel” tipli yanacağın qiyməti 3,40 lari, “Avro Super” tipli yanacağın qiyməti isə 3,72 laridir.
“RomPetrol” yanacaqdoldurma məntəqələrində, “efix Eurodiesel”in qiyməti 3,56 lari; Avrodizelin 1 litri 3,46 laridir; Digər yanacaq növlərinə gəlincə, “Euro Premium” – 3,35 lari; “Euroreqular” yanacaq – 3,18 lari; “Super” yanacağın qiyməti 3,78 laridir.
“Portal” yanacaqdoldurma məntəqələrində yanacağın qiyməti 2,99 laridir; 1 litr “Avro-regular”ın qiyməti 2,89 lari; “Euro Diesel” – qiyməti 3,54 lari; “effekt dizel” – 3,45 lari, dizelin qiyməti isə 3,04 laridir.