“Avropa İttifaqı öz vahid ordusunu yaratmalıdır“.
QafqazTürk.com xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri Antonio Tajani “La Stampa” nəşrinə müsahibəsində deyib.
O, Avropa ölkələri arasında daha sıx müdafiə əməkdaşlığının prioritet olduğunu vurğulayıb.
“Əgər biz dünyada sülhməramlı olmaq istəyiriksə, Avropanın silahlı qüvvələrinə ehtiyacımız var. Bu isə effektiv Avropa xarici siyasətini həyata keçirə bilmək üçün əsas şərtdir”, – deyə Tajani bildirib.
Onun sözlərinə görə, ABŞ, Çin, Hindistan, Rusiya kimi güclü oyunçuların olduğu, Yaxın Şərqdən Hind-Sakit okean regionuna qədər böhranların yaşandığı bir dünyada Avropa vətəndaşlarını ancaq Avropa İttifaqı qoruya bilər.
Aİ dəfələrlə vahid ordunun yaradılması imkanından danışıb. Belə ki, Avropa diplomatiyasının rəhbəri Jozep Borel 2021-ci ildə Avropa İttifaqının ümumi çevik reaksiya qüvvəsinə ehtiyacı olduğunu bildirib. O, 2022-ci ilin mayında Ukrayna ərazisində münaqişə başlayandan sonra öz silahlı qüvvələrinin yaradılmasının zəruriliyindən danışıb.