Another advertisement
Türkiyənin Bingöl vilayətində 2 zəlzələ olub.
QafqazTürk.com xəbər verir ki, bu barədə Kandilli Rəsədxanasının rəsmi X səhifəsində məlumat yayılıb.
Bildirilib ki, vilayətin Yedisu və Genç rayonlarında baş verən hər iki yeraltı təkan Rixter şkalası üzrə 3 ballıq maqnituda ilə qiymətləndirilib.
Ocaqları müvafiq olaraq yerin 5 və 9.8 kilometr dərinliyində yerləşən zəlzələlərdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.