This is a specific ad

Roma Papası Fransiskdən qadın din xadimlərinə yeni hüquq

86

Another advertisement

Roma Papası Fransisk qadınlara sinod yığıncaqlarında (Ruhanilər məclisi və ya Sinod – xristianlıqda dini və ya inzibati mübahisələri həll etmək üçün çağırılan iclas) qadın din xadimlərinə səs vermək hüququ verib. Yeni reqlamentlə onlar oktyabr ayına planlaşdırılan iclasda öz mövqelərini bildirə biləcəklər.

Xüsusilə, səsvermə hüququ qazanacaq beş qadın din xadimindən gedir. İndiyədək qadınlar iclaslarda yalnız müşahidəçi qismində iştirak edə bilirdilər.

Həmçinin, Fransiskin fərmanına əsasən, səsvermə hüququna malik olan qeyri-din xadimlərinin sayı 70-ə yüksələcək.

Papa bu 70 nəfərin ən azı yarısının qadın olacağına ümid edir.

Sonrakı yazı
Türkiyənin ilk Atom Elektrik Stansiyası
Öncəki yazı
BÜRCLƏR – 27.04.2023