This is a specific ad

Kvemo Kartlidə tibb müəssisəsinin direktoru və əczaçısı saxlanılıb

46

Another advertisement

Gürcüstan Maliyyə Nazirliyinin istintaq xidmətinin əməkdaşları Kvemo Kartli Rayon Prokurorluğu ilə birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində iki nəfərin dələduzluq yolu ilə külli miqdarda pul əldəetmələri faktını aşkar ediblər.

QafqazTürk.com xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyi məlumat yayıb.

“İstintaqla müəyyən edilib ki, Kvemo Kartlidə yerləşən tibb mərkəzlərindən biri 2021-ci il avqustun 1-dən 2022-ci il yanvarın 1-dək olan müddətdə təsdiqlənmiş “COVID 19” hallarının müalicəsi üçün tibb müəssisəsi olub.
Qeyd olunan müddət ərzində proqram çərçivəsində adıçəkilən idarənin direktoru və əczaçısı eyni xəstəxanada xəstələrə göstərilən tibbi xidmətin qiymətini süni şəkildə artıraraq, dələduzluq yolu ilə ümumilikdə 108 min 32 lari əldə ediblər.
Gürcüstan Cinayət Məcəlləsinin 6 ildən 9 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutan 180-ci maddəsi ilə istintaq başladılıb.
Dövlət büdcəsinə dəymiş ziyanın ödənilməsi üçün müvafiq tədbirlər görülür”, – deyə Maliyyə Nazirliyinin istintaq xidmətinin məlumatında bildirilib. 

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Bu tarixlərdə dövlət işçiləri üçün tətil günləri olacaq – ƏTRAFLI
Öncəki yazı
Baş nazir İrakli Qaribaşvili əhalini Milad Bayramı münasibətilə təbrik edib