This is a specific ad

Marneulidə xeyriyyə məqsədi daşıyan yaz festivalı keçirilib

94

Another advertisement

Marneulidə MMC “Beynəlxalq Təhsil Mərkəzi”-nin təşkilatçılığı ilə, xeyriyyə məqsədi daşıyan yaz festivalı keçirilib.

QafqazTürk xəbər verir ki, bu barədə məlumatı Marneuli meriyası yayır.

Festivalda, Məktəb və Uşaq Bağçası – “Momavali”-nin şagirdləri, bağça uşaqları və valideynlər iştirak edirdilər.

Tədbir çərçivəsində konsert keçirilib, sərgi meydançaları təşkil olunub. Burada şagirdlərin əl işlərindən ibarət sərgi-satış keçirilib, həmçinin kulinariya guşəsi də təşkil olunub.

Festivalda Marneuli Munisipaliteti Özünüidarəetməsinin nümayəndələri iştirak ediblər.

Tədbirdən əldə olunan vəsait sosial cəhətdən həssas ailələrə veriləcək.

Sonrakı yazı
Polşanın Xarici İşlər naziri Zbiqnev Rau Gürcüstana səfər edib
Öncəki yazı
Ekspert: “Türkiyənin kəşf etdiyi qaz yatağı 30 illik tələbatı təmin edə bilər”