Tehran məhkəməsi 2017-ci ildə İŞİD terrorçu qruplaşmasının hücumları nəticəsində dəyən ziyana görə ABŞ-ın İrana 313 milyon dollar təzminat ödəməsi barədə qərar çıxarıb.
Məlumatı İran Ədliyyə Nazirliyinin “Mizan” agentliyi yayıb.Məhkəmə ABŞ-ı terror qrupları yaratmaqda və idarə etməkdə günahlandırıb.
Tehran məhkəməsinin qərarına əsasən, ABŞ terror hücumları nəticəsində ölənlərin ailə üzvlərinə 9 milyon 950 min dollar verməlidir. Vaşinqton İran dövlətinə mənəvi zərərə görə 104 milyon dollar, maddi zərərə görə 199 milyon dollar təzminat ödəməlidir.
Məlumata görə, 2017-ci il iyunun 7-də İranda inqilabın lideri Ayətullah Xomeyninin məqbərəsinə və parlamentə silahlı və bombalı hücumlar nəticəsində 12 nəfər ölüb, 43 nəfər yaralanıb. Bu hadisəyə görə İŞİD terror qrupu məsuliyyəti öz üzərinə götürüb.