Another advertisement
Marneuli Bələdiyyə Meriyasında əlaçı şagirdlər mükafatlandırılıb.
QafqazTürk.com xəbər verir ki, Marneuli Munisipalitetinin meri Kənan Ömərov və Marneuli şəhər məclisinin sədri Amiran Qiorqadze məktəblərin əlaçı məzunlarına qızıl və gümüş medallar təqdim ediblər.
Təqdimat mərasimində 2021-2022-ci tədris ilinin 48 nəfər əlaçı şagirdi kompüter, 19 şagird qızıl, 12 şagird isə gümüş medalla təltif edilib.
Tədbirdə bələdiyyə rəhbərləri, Marneulinin Təhsil Resurs Mərkəzinin nümayəndələri, məktəb direktorları, valideynlər və şagirdlər iştirak ediblər.