This is a specific ad

İsrail ordusu “Hizbullah” təşkilatının hədəflərinə yeni hücumlar həyata keçirib

47

Another advertisement

İsrail hərbçiləri sərhəd bölgələrinin atəşə tutulmasına cavab olaraq Livana, o cümlədən orada fəaliyyət göstərən “Hizbullah” təşkilatının hədəflərinə yeni hücumlar həyata keçirib.

“Report”un məlumatına görə, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“Bu gün səhər saatlarında Livandan İsrailin şimalındakı Har Dov ərazisi istiqamətində zərbə qeydə alınıb. İsrail Müdafiə Qüvvələrinin tankı cavab tədbirləri görüb”, – məlumatda deyilir.

Bir müddət əvvəl İsrail Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarəsi və helikopteri də Livanda “Hizbullah” terror təşkilatının infrastrukturuna və hərbi kompleksinə zərbələr endirib.

Kateqoriya: Dünya
Sonrakı yazı
უნგრეთი ბულგარეთის შენგენის ზონაში შესვლას დაადებს ვეტოს, თუ სოფია რუსულ გაზზე გადასახადს არ გააუქმებს – Reuters
Öncəki yazı
ინტენსიური თოვის გამო, გზის ცალკეულ მონაკვეთებზეა გადაადგილება შეიზღუდა