This is a specific ad

Rəcəb Tayyib Ərdoğan səhhətinə görə televiziya çıxışlarını müvəqqəti dayandırmaq məcburiyyətində qalıb

63

Another advertisement

Rəcəb Tayyib Ərdoğan səhhətinə görə televiziya çıxışlarını müvəqqəti dayandırmaq məcburiyyətində qalıb.

Türk mediasının yazdığına görə, Ərdoğan üç seçkiqabağı çıxışından sonra televiziya müsahibəsini planlaşdırıb. Ancaq Türkiyə prezidentinin ağır iş qrafiki səbəbindən müsahibəsi 1,5 saat gec başlayıb və gözlənilmədən dayandırılıb.

Yayılan məlumatlara görə, Televiziya efiri on dəqiqədən sonra yenidən başlayıb, Ərdoğan tamaşaçılardan üzr istəyib və açıqlayıb ki, səhhətinə görə televiziya çıxışlarını müvəqqəti dayandırmaq məcburiyyətində qalıb. Bundan sonra o, bir neçə suala cavab verib və müsahibə tez bir zamanda başa çatıb.

Xatırladaq ki, Türkiyədə prezident və parlament seçkiləri 14 maya planlaşdırılıb.

Sonrakı yazı
İlham Əliyev: “Azərbaycan Avropanın 10 ölkəsini qazla təmin edəcək”
Öncəki yazı
Ərdoğan: “Türkiyə yüzilliyində layiq olduğu mövqeyə çatacaq”