This is a specific ad

İlham Əliyev: “Azərbaycan Avropanın 10 ölkəsini qazla təmin edəcək”

54

Another advertisement

“Ölkə 2027-ci ilə qədər Avropaya təbii qaz nəqlini iki dəfə artırmağa hazırdır”.

QafqazTürk.com xəbər verir ki, bunu Sofiyada səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev deyib.

Onun sözlərinə görə, hazırda qaz Azərbaycandan Gürcüstan, Türkiyə, Bolqarıstan və İtaliyaya nəql edilir və bu il Rumıniyaya da qaz nəqlinə başlanılacaq.

Əliyev eyni zamanda deyir ki, bütün sistemlərarası qaz kəmərləri uğurla işləsə, ilin sonuna kimi həm Macarıstan, həm də Slovakiya Azərbaycan qazını alacaq.

“Ümid edirik ki, biz gələcəkdə təkcə 6 deyil, 10 Avropa dövlətini də qazla təmin edəcəyik”, – deyə Əliyev bildirib.

Qeyd edək ki, İlham Əliyev Bolqarıstan Prezidenti Rumen Radev ilə birlikdə Sofiyada “SOCAR”ın ofisini açıb.

Kateqoriya: Dünya
Sonrakı yazı
Polşa Xarici İşlər naziri Gürcüstana səfər edəcək
Öncəki yazı
Rəcəb Tayyib Ərdoğan səhhətinə görə televiziya çıxışlarını müvəqqəti dayandırmaq məcburiyyətində qalıb