Another advertisement
“Qarabağ” tarixində ilk dəfə UEFA Avropa Liqasında pley-offa yüksəlib.
QafqazTürk.com xəbər verir ki, Qurban Qurbanovun baş məşqçilik etdiyi komanda turnirin qrup mərhələsinin VI turunda Bakıda İsveçin “Hakken” klubu ilə üz-üzə gəlib.
Rəqibini 2:1 hesabı ilə məğlub edən Azərbaycan təmsilçisi növbəti raunda visəqə qazanıb.
“Köhlən atlar”ın heyətində 1-ci dəqiqədə Leandro Andrade, 45+3-cü dəqiqədə Yassin Benzia fərqlənib.
H qrupunun digər matçında “Bayer Leverkuzen” Almaniyada Norveçin “Molde” kollektivini 5:1 hesabı ilə darmadağın edib.
Qeyd edək ki, Avropa Liqasında pley-off mərhələsinin püşkü dekabrın 18-də atılacaq.