“Gürcüstan Avropa İttifaqına namizəd ölkədir. Deməli, bu qələbə sizlərindir, əziz vətəndaşlar, bu, bizim işimizin, mübarizəmizin nəticəsidir“.
QafqazTürk.com xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili hökumət administrasiyasında keçirilən brifinqdə deyib.
Baş nazir hər kəsi dekabrın 15-də saat 17:00-da Azadlıq Meydanına dəvət edib və qeyd edib ki, sabah ümumi, milli bayram və ümumi qələbə günü olmalıdır.
“Gürcüstan artıq Avropa İttifaqına namizəd ölkədir. Deməli, bu qələbə sizə məxsusdur əziz vətəndaşlar, bu, bizim əməyimizin, mübarizəmizin nəticəsidir və mən bir daha bu tarixi qələbəyə kərpici qoyan hər kəsə, xalqımıza bu qələbəni gətirən bütün insanlara təşəkkür etmək istəyirəm. Mən də hamınızı dekabrın 15-də saat 17:00-da Azadlıq meydanında ölkəmizin və xalqımızın bu tarixi qələbəsini birlikdə qeyd etməyə dəvət edirəm. Sabah ümumi, milli bayram və ümumi qələbə günü olmalıdır. Allah bizi qorusun”, – deyə İrakli Qaribaşvili bildirib.