Another advertisement
Marneuli şəhərində “Tene” şirkəti məktəblilərə plastik butulka qapaqları əvəzinə USB telefon şarj cihazları hədiyyə etdiyi ekoaksiya keçirilib.
QafqazTürk.com xəbər verir ki, sözügedən aksiyanın məqsədi Marneulidə plastik çirklənmə ilə əlaqədar əhaliyi maarifləndirməkdir.
Ekofəal Gülgün Məmmədxanovanın sözlərinə görə, aksiyada Marneuli bələdiyyəsinin demək olar ki, bütün məktəbləri iştirak edib.
Qeyd edək ki, aksiya çərçivəsində Marneuli ən fəal bələdiyyə hesab edilib.