This is a specific ad

Ermənistanda mülkilərlə hərbçilər arasında dava – Zabit öldürüldü

55

Another advertisement

Ermənistanda Vazgen Sarkisyan adına Hərbi Universitetinin yaxınlığında Müdafiə Nazirliyinin zabitləri ilə mülki şəxslər arasında baş verən bıçaqlanma nəticəsində zabit ölüb.

QafqazTürk.com xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, borcun qaytarılması tələbi ilə əlaqədar tərəflər arasında mübahisə düşüb. Qarşıdurmada 5-i hərbçi olmaqla 8 nəfər iştirak edib. Söhbət zamanı borclu olan mülki şəxs hərbçilərin ünvanına təhqiramiz ifadələr işlədib. Bundan sonra özü ilə gətirdiyi bıçaqla Müdafiə Nazirliyinin zabiti baş leytenantlar Gevorq Marqaryan və David Sayadyana ağır bədən xəsarəti yetirib. Təcili yardım maşını onları tibb mərkəzinə çatdırıb. Sonuncunun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə əlaqədar Ermənistan Respublikası Cinayət Məcəlləsinin uyğun maddələri üzrə cinayət işi başlanıb. Hadisənin baş vermə şəraiti tam aydınlaşdırılması üçün ilkin araşdırma aparılır. Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan hərbi qulluqçularla bağlı təfərrüatları açıqlamaq istəməyib.

Kateqoriya: Dünya
Sonrakı yazı
დაგიფინანსდებათ თუ არა მშობიარობისას აყვანილი ექიმის მომსახურება DRG მოდელით – მინისტრის მოადგილე განმარტებას აკეთებს
Öncəki yazı
აზერბაიჯანის მოქმედი პრეზიდენტი, ილჰამ ალიევი მომავალ ვადამდელ საპრეზიდენტო არჩევნებში მმართველი „ახალი აზერბაიჯანული პარტიის“ კანდიდატი იქნება