This is a specific ad

Bu qida yaşlı insanlar üçün də çox faydalıdır

48

Another advertisement

Xəyallarınızdakı bədən quruluşunu formalaşdırmaq, gözəl, güclü və sağlam olmaq üçün təkcə çox məşq etmək deyil, həm də düzgün yemək lazımdır. Eyni zamanda, pəhrizinizə faydalı qida maddələrini, ilk növbədə isə zülal tərkibli qidaları əlavə etmək vacibdir.

QafqazTürk.com xəbər verir ki, bunu diyetoloq Marina Sorokina deyib.

O, bildirib ki, kəsmik bir çox cəhətdən olduqca faydalıdır.

Kəsmik əzələ kütləsini möhkəmləndirmək və fiziki fəaliyyət zamanı dözümlülüyü artırmaq üçün əvəzsiz köməkçiyə çevriləcək, hətta yaşlı insanlara da bədəni əla formada saxlamağa kömək edəcək. Bu süd məhsulunun tərkibində zülaldan başqa bir çox qiymətli maddələr də var. Bunlar kalsium, sink, B12, B5, B2 vitaminləridir. Kəsmikdə bağırsaqların düzgün işləməsi üçün vacib olan bir çox faydalı probiotik bakteriyalar var. Qidalı maddələr sayəsində kəsmik saçların uzanmasını aktivləşdirir, dırnaqları gücləndirir, mədə-bağırsaq traktının və qalxanabənzər vəzinin fəaliyyətini yaxşılaşdırır, həmçinin diş minasını gücləndirir“, – diyetoloq yekunda vurğulayıb.

Kateqoriya: Sağlamlıq
Sonrakı yazı
იტალიაში საკვები პროდუქტების ქურდობისთვის საქართველოს მოქალაქე დააკავეს
Öncəki yazı
Gürcüstan-Rusiya sərhədi açıldı