This is a specific ad

Türkiyədə yaşayış icazəsi almaq üçün tələblər yenidən sərtləşdirilə bilər

66

Another advertisement

Türkiyədə yaşayış icazəsi əldə etmək üçün alınmalı olan daşınmaz əmlakın minimum qiyməti artırıla bilər.

QafqazTürk.com xəbər verir ki, bu barədə Türkiyənin Vətəndaşlıq məsələləri üzrə idarəsi məlumat yayıb.

Məlumatda bildirilib ki, yeni qaydalara əsasən, vətəndaşlıq əldə etmək üçün alınmalı olan daşınmaz əmlakın minimum qiyməti 600 min dollar təşkil edəcək. Dəyişikliklərin 2024-cü ildə qüvvəyə minəcəyi gözlənilir. 

Qeyd edək ki, Türkiyədə daşınmaz əmlak alaraq vətəndaşlıq əldə etmək imkanı 2017-ci ildən mümkündür. İlk zamanlarda əmlakın dəyəri 1 milyon dollar olmalı idi. Hazırda limit 400 min dollardır.

Kateqoriya: Dünya
Sonrakı yazı
Çempionlar Liqası: “Qalatasaray” bu gün həlledici oyuna çıxacaq
Öncəki yazı
ჩინეთში დეფლაცია ფიქსირდება