Another advertisement
Brüsseldə “Şərq Tərəfdaşlığı” ölkələri nazirlərinin görüşü keçirilir.
QafqazTürk.com xəbər verir ki, görüşdə Gürcüstanı xarici işlər naziri İlya Darçiaşvili təmsil edir.
“Şərq Tərəfdaşlığı” Nazirlər Şurasının iclasında beş ölkənin – Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova və Ukraynanın xarici işlər nazirləri iştirak edir.
İclasa Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrel sədrlik edir.
Cozef Borrellə yanaşı, həmçinin Avropa komissarı Oliver Varhei də iştirakçılar arasındadır.
Nazirlərin görüşündə xarici işlər nazirləri Şərq Tərəfdaşlığı ilə əlaqədar fikir mübadiləsi aparacaq, onun nailiyyətlərini müzakirə edəcək və gələcək üçün konkret tövsiyələr səsləndirəcəklər.