Another advertisement
Gürcüstan-Azərbaycan quru sərhədi aprelin 2-dək bağlı olacaq.
QafqazTürk.com xəbər verir ki, bu barədə Azərbaycanın Baş Naziri Əli Əsədov sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycanda xüsusi karantin rejimi aprelin 2-dək uzadılıb və bununla da Gürcüstan-Azərbaycan quru sərhədi 2 aprelədək bağlı olaraq qalacaq.
“Koronavirus infeksiyasının yayılmasının və mümkün nəticələrin qarşısının alınması məqsədilə xüsusi karantin rejimi 2024-cü il aprelin 2-dək uzadılıb”, – deyə Azərbaycan Baş nazirinin sərəncamında bildirilib.
Əvvəlki qərara əsasən, Azərbaycanın quru sərhədinin bağlı olduğu xüsusi karantin rejimi 2024-cü il mayın 2-dək qüvvədə olub.